Azərbaycanda şəhid məzarı qarət olundu - VİDEO

12:44 | 11.02.2019
Azərbaycanda şəhid məzarı qarət olundu - VİDEO

Azərbaycanda şəhid məzarı qarət olundu - VİDEO

İkinci Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarları bu dəfə də naməlum şəxslər tərəfindən qarət olunub.

Anews.az femida.az-a istinadən xəbər verir ki, Aprel şəhidi baş-leytenant Əbu Bəkir İsmayılovun məzarı üzərində olan əklillər, gül dəstələri oğurlanıb. Bu barədə saytımıza məlumatı şəhid pilotun qardaşı Elnur Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu hadisə tez-tez baş verir.

"Fevralın 10-da qardaşımın doğum günü idi. Doğum günündən bir gün əvvəl məzarın üzərinə qızıl güllər düzmüşdük.Səhərsi gün gələndə güllər oğurlanmışdı. Bununla bağlı Yasamal Rayon 28-ci polis bölməsinə də müraciət etmişik.Şəhid məzarından gülləri oğurlayan şəxslər tapılmalıdır. Bu şəhid yaxınlarını çox narahat edir.", deyə şəhid ailəsi öz narazılığını bildirib.

Xatırladaq ki, Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb