Azərbaycanda sərinləşdirici içkilər bahalaşacaq – SİYAHI

11:59 | 13.01.2015
Azərbaycanda sərinləşdirici içkilər bahalaşacaq – SİYAHI

Azərbaycanda sərinləşdirici içkilər bahalaşacaq – SİYAHI

Yanvarın 24-dən etibarən.

"Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti 10-20 qəpik bahalaşacaq.

Bu barədə Oxu.Az MMC-nin rəsmi saytına istinadən məlumat verir. Şirkətin qiymət dəyişikliyi ilə əlaqədar elanında qeyd olunub ki, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılacaq.

Qiymətlər mərhələli şəkildə:

-    0,5 lt plastik qabda qablaşdırılan "Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
-    2 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
-    5 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM