Qaynarinfo Xezerxeber.az-a istinadən məlumat verir ki, 7 metrlik hasar sürüşməyə tab gətirməyərək uçub. Evə gələn qaz xəttləri qırılıb.
Son bir həftədə Şamaxıda hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Ətrafda yerləşən 5 ev qəzalı vəziyyətə düşüb. Artıq bir evin sakini evindən köçüb. 2 evin hasarında və kiçik tikililərdə çatlar əmələ gəlib.
Dünən gecə başlayan sonuncu sürüşmə nəticəsində 5 hektar sahədə torpaq uçqunu baş verib. İri torpaq yığını evlərə doğru hərəkət edir. Şamaxı Rayon İcra Hakimiyyıtindən verilən məlumata görə, Memarlıq və tikinti şöbəsinin mütəxəssisləri əraziyə baxış keçiriblər. Qəzalı vəziyyətə düşən ev aktlaşdırılıb. Sənədlər bir neçə gündən sonra müvafiq nazirliklərə göndəriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !