Azərbaycanda taxıl sahələrinin 62,8%-də biçin başa çatıb

11:04 | 04.07.2024
Azərbaycanda  taxıl sahələrinin 62,8%-də biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 62,8%-də biçin başa çatıb

İyulun 4-ə Azərbaycanda  taxıl sahələrinin 62,8%-də biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargah məlumat verib. 

Mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.

Arpa sahələrinin 86,4%, buğda sahələrinin isə 45,7%-də biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə bir hektarda 29,7 sentner, buğda üzrə isə 31,9 sentner təşkil edir.

Zəmilərdən bu günədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.

Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü "Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
 
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödəyir. Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan edilən idxal hesabına bağlayır. 
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM