Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır.
Bu barədə Trend-ə "Teleradio” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunur ki, profilaktika işləri ilə əlaqədar olaraq telekanal və radiostansiyaların işi səhər saat 06:00-dan saat 15:00-dək dayandırılıb.
Xatırladaq ki, 2018-ci il üzrə profilaktika işlərinin cədvəli ötən ilin sonlarında təsdiq edilmişdi. Cədvələ əsasən, bu il dörd kompleks profilaktika işinin keçirilməsi nəzərdə tutulur. Növbəti bu cür profilaktika iyun, sentyabr və dekabr aylarnda keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !