• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti il ehtiyac meyarı 15 manat artırılacaq - Deputat

Növbəti il ehtiyac meyarı 15 manat artırılacaq - Deputat
19.11.2024 13:34
2025-ci ildən Azərbaycanda ehtiyac meyarı 285 manata çatdırılacaq. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial hesabında yazıb. 
 
Hazırda bu məbləğ 270 manatdır.  
 
"Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur", - deputat bildirib.
 
Deputat əlavə edib ki, ehtiyac meyarı artırıldığı halda daha çox şəxs ünvanlı sosial yardım üçün müraciət edə biləcək. 
 
Hazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Növbəti il üçün büdcənin 41% sosial xərclərə ayrılması nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
Cəmiyyət 15:11
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Cəmiyyət 14:32
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 13:54
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol