Azərbaycanda tikintidə bədbəxt hadisə: ölən var

09:00 | 17.04.2014
Azərbaycanda tikintidə bədbəxt hadisə: ölən var

Azərbaycanda tikintidə bədbəxt hadisə: ölən var

Göygöldə məcburi köçkünlər üçün tikilən şəhərcikdə bədbəxt hadisə baş verib.Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün, rayonun Hacıməlik kəndi yaxınlığında baş verib. Tikintidə işləyən iki fəhlənin üstünə mişar daşları tökülüb. Hadisə zamanı Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmməd oğlu Məmmədov və  Ağcabədi rayon Təzəkənd kənd sakini, 45 yaşlı Ayaz Məhərrəm oğlu Nuriyev bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. Əliqəmə Məmmədovun vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM