BakuPost.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Elgün Gəncimsoy şəxsi feysbuk hesabında paylaşıb.
Uşaqların birinin adı Qulu, digərinin adı isə Hüseyndir. Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldığı ataları Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu evlilik Nuranənin həyatınıda üçüncü "hadisə" olsa da, onun heç bir ərindən uşağı olmayıb.
İşgəncəyə məruz qalan uşaqlarla görüşən jurnalist onların dediklərini qələmə alıb:
"Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə saxlayırlar. Bir dəfə onlar kabab yeyirdilər Hüseyn dedi ki, mən də kabab istəyirəm. Bu zaman Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu".
"Axşam atam evə gec gəlirdi. O dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... ", - deyə balaca Hüseyn bildirib.
Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi isə deyib ki, nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutub:
"Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycanda bu əməliyyat üçün imkanım olmadı. Qızım dünyasını dəyişdi. Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki bu körpələri incitməsin. Amma xeyiri olmadı. O qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncəsin ediblər. Qolun, ayağın sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar... Dağ çəkiblər... Belində siqaret söndürüblər... Barmağın qaynar suya salıblar...".
"Nuranə qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də demirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qaqamın əli şişmişdi. Mən Nuraniyə qaqamın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iyənəldi...",- deyə balaca Qulu bildirib.
"Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki qardaşıma çörək versin. O bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyuq su səpib çölə çıxardı. Qapını da bağladı...",-deyə Hüseyn əlavə edib.
Jurnalist daha sonra yazır ki, ailə Azərbaycan ədliyyəsinin mərhəmətinə sığınmağa qalıb. Yalnız Sabunçu rayon məhkəməsinin qərarı ilə uşaq atalarından alınıb babalarının himayəsinə verilə bilər. Məhkəmə iclasının vaxtı isə hələ məlum deyil...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !