Azərbaycanda uzunmüddətli kredit veriləcək

15:10 | 12.01.2015
Azərbaycanda uzunmüddətli kredit veriləcək

Azərbaycanda uzunmüddətli kredit veriləcək

Müvafiq tapşırıq verilib.

Azərbaycanda əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzunmüddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericilik təkmilləşdiriləcək. 

Oxu.Az xəbər verir ki, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN), Təhsil, Səhiyyə nazirliklərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına tapşırıq verilib.

Bundan başqa, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, yeni  sosial xidmətlərin yaradılması da istisna edilmir.

Məsələ ilə bağlı, ƏƏSMN və yerli icra hakimiyyətlərinə tapşırıq verilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM