Azərbaycanda wikipedia könüllülərinin sayı artırılmalıdır. Bunu deputat Fazil Mustafa deyib.
"Açıq ensklopediyada Azərbaycanla bağlı 3 min material silinib. Bu şəhidlər haqqında olan materiallarla bağlıdır. O materiallar elə hazırlana bilərdi ki, wikipedia standartlarına uyğun olardı və silinmək üçün əsas olmazdı. Hazırda Elmlər Akademiyasında bu məsələyə ciddi fokuslanma var. Görünür yetərli deyil. Bizim könüllülərinin sayının arıtrmaq lazmdır", - deputat oktyabrın 22-də Milli Məclisdə çıxışı zamanı bildirib.
Bir müddət öncə wikipediayada şəhid materiallarının silinməsi ictimai rəydə narazılıq yaratmışdı. Azərbaycandan olan wikipediaçılar bunu standartlara uyğun olmaması ilə əlaqələndirmişdi.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !