Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

13:31 | 16.04.2014
Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Bakı və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz  20-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM