Azərbaycanın "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, Silahlı Qüvvələrdə bu hərbi rütbələr müəyyən olunur:
Hərbi Dəniz Qüvvələrində isə aşağıdakı həbi rütbələr müəyyən olunur:
Ordu generalı rütbəsi Azərbaycanda indiyədək heç bir hərbi qulluqçuya verilməyib.
Ədliyyə Ordu Generalı rütbəsi alan Əli Ömərov kimdir?
Əli Ömər oğlu Ömərov 1947-ci ilin 10 sentyabr tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin(Daxili İşlər Şöbəsi) müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV(Dağlıq Qarabağ Muxtar Vilayəti) prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır.
1983-1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.
Əli Ömərov 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən cəsarətli 91 nəfər ziyalının sıralarında olan, o zaman tək və yeganə vəzifə sahibi və iqtidar üzvü idi.
1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub. Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış etmişdir ki, bununla da Xocalı faciəsi birbaşa canlı yayımla bütün dünyaya bəyan edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına dair yaradılmış komissiyanın üzvü olub.
23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının Hüquq doktorudur.
9 noyabr 1993-cü il tarixindən etibarən nəinki Azərbaycanda, hətta bütün Qafqazda tək və yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxsdir.
2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən biri olmuş və həmin ildən cəmiyyətin üzvüdür. 2015-2017-ci illərdə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin dönəm sədri olub.
Evlidir. 2 oğlu, 1 qızı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !