Azərbaycanda yeni avtomobil yolu istifadəyə verilib

17:57 | 14.07.2014
Azərbaycanda yeni avtomobil yolu istifadəyə verilib

Azərbaycanda yeni avtomobil yolu istifadəyə verilib

Yevlax rayonunda Prezident İlham Əliyevin 2013-cü il 11 iyul tarixli sərəncamına uyğun olaraq yenidən qurulmuş Bakı-Qazax magistralı - Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun 14,3 kilometrlik ikinci hissəsi istifadəyə verilib.Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər son illər rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən danışıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Qeyd olunub ki, son vaxtlar paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artıb. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar da müasir səviyyədə inşa edilir.Məlumat verilib ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə ötən ilin iyulunda başlanılıb. Prezidenti İlham Əliyev 2013-cü il sentyabrın 10-da yolun 5,5 kilometrlik hissəsinin açılışında iştirak edib. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir.Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra yol sakinlərin istifadəsinə verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM