Azərbaycanda yeni dövlət fondu yaradılır

17:09 | 17.04.2015
Azərbaycanda yeni dövlət fondu yaradılır

Azərbaycanda yeni dövlət fondu yaradılır

Azərbaycanda yeni dövlət fondu yaradılacaq.
 
Lent.az-ın məlumatına görə, bu fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması gözlənilir.
 
Nazirlikdən verilən məlumata görə, ƏƏSMN tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilən "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsində digər tədbirlərlə yanaşı, ölkəmizdə Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması da əksini tapıb.

Qeyd edək ki, ƏƏSMN ilə Türkiyənin müvafiq nazirliyi arasında imzalanan protokolda da Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi öz əksini tapıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti