“Azərbaycanda yeni iqtisadi islahatlar həyata keçirilməkdədir”

14:41 | 24.12.2015
“Azərbaycanda yeni iqtisadi islahatlar həyata keçirilməkdədir”

“Azərbaycanda yeni iqtisadi islahatlar həyata keçirilməkdədir”

"Azərbaycan prezidentinin oktyabr ayında Nazirlər Kabinetinin iclasındakı çıxışında iqtisadi islahatların dərinləşməsi və genişlənməsi ilə əlaqədar geniş proqram müəyyənləşdirilib. Biz iqtisadi inkişafın yeni bir mərhələsinə yüksəlmişik. Bu mərhələdə qarşıya qoyulan əsas hədəf bütövlükdə yeni iqtisadi modelin konturlarını müəyyənləşdirməkdir”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
 
O bildirib ki, bu çərçivədə atılan addımlara lisenziyaların maksimum aradan qaldırılması və lisenziya almaq üçün müəyyənləşdirilmiş fəaliyyət növlərinin sayının azaldılması daxildir: "Bu istiqamətdə artıq prezidentin müvafiq sərəncamı var. Məqsəd ondan ibarətdir ki, xüsusi razılıq, yəni lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayı azaldılsın”. 
 
Baş nazirin müavini qeyd edib ki, bu, iqtisadiyyatın liberallaşdırılması deməkdir: "Təbii ki, bu, sərbəst fəaliyyət üçün azad bazar iqtisadiyyatının mexanizmlərinin möhkəmlənməsi, sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bütün bunların hamısı yeni iqtisadi islahatların vacib elementləridir ki, bunlar həyata keçirilməkdədir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM