• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanda yeni regional hava limanı inşa edilə bilər

Azərbaycanda yeni regional hava limanı inşa edilə bilər
29.05.2020 05:02
Azərbaycanın Xaçmaz rayonu ərazisində hava limanının inşa edilməsi təklif olunur.Bu məsələ Quba-Xaçmaz iqtisadi rayonunun 2018-ci və 2030-cu illərədək dövrləri əhatə edən inkişaf planının layihəsində əksini tapıb. Planın layihəsini hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Hava Yolları» QSC-nin Xaçmaz rayonu ərazisində balansında 150 hektar sahəsinin olmasına baxmayaraq, burada heç bir fəaliyyət yoxdur: «Bu regionun potensialı nəzərə alınaraq güclü turizm mərkəzinə çevrilməsi üçün burada hava nəqliyyatının fəaliyyətinin təşkil edilməsi zəruridir». Plana əsasən, Xaçmaz şəhərinin üç dəfə artması və 100 min nəfərlik bir şəhərə çevrilməsi nəticəsində hazırkı aeroport ərazisi (150 ha) şəhərin daxilində qalır. Ona görə də aeroportun rayonun Xudat şəhəri yaxınlığında salınması məqsədə uyğun hesab olunur. «Çünki bura rayon ərazisindəki meşə və bağlardan azad, yaşayış məntəqələrindən aralı olmaqla yanaşı, nisbətən əlverişli yerdir. Bundan başqa, ərazinin hazırda tikilən I kateqoriyalı «M» indeksli respublika əhəmiyyətli yolun yaxınlığında olması da onu nəqliyyat düyünü kimi daha da cazibədar edir», - deyə şirkətdən bildirilib. Regionun şimal istiqamətindəki dəmir yolu şəbəkəsi də məhz bu iqtisadi rayonun ərazisində yerləşir. «Azərbaycan Dəmir Yolları» QSC-nin bu region üzrə perspektiv planlarında isə dəmir yol və stansiyaların təsərrüfat və qurğuların modernləşdirilməsi, 2010-2030-cu illərdə bu istiqamətdə sürətli ekspress qatarların buraxılması tədbirləri nəzərdə tutulub. Həmçinin, Quba-Xaçmaz iqtisadi rayonun yeni inkişaf sxemində turizmin inkişaf etdirilməsi məqsədilə su nəqliyyatı - regionun sahilətrafı əhalisi və turistlərin dəniz nəqliyyatı ilə təmin edilməsi və dəniz gəzintilərinin təşkili məqsədilə sahilboyu zolaqda (Xudat, Xaçmaz, Siyəzən şəhərlərinin hüdudlarında) sərnişin nəqliyyatı üçün liman obyektlərinin tikintisi təklif olunur. Bundan başqa, sənaye və kənd təsərrüfatı üzrə yeni müəssisələrin yaradılması təklif edilib. Planda 2018-ci il üçün regionda əhalinin çörək və çörək məhsullarına olan tələbatının ödənilməsi məqsədilə illik istehsal gücü 27 mln. ədəd çörək, 225 ton un məmulatları olan 6, illik 200 ton biskvit və vafli məmulatı olan 4 müəssisənin tikintisi təklif edilir. Bununla yanaşı, regionda istehlak olunan həcmdən iki dəfədən də çox kartof istehsal olunduğunu nəzərə alaraq, Quba-Xaçmaz iqtisadi rayonunda illik istehsal gücü 1 100 ton olan iki kartof çipsi istehsalı müəssisəsinin və illik istehsal gücü 4 000 ton olan 3 dondurulmuş kartof istehsalı müəssisəsinin inşası məqsədəuyğun hesab edilib. Regionda yeni iş yerlərinin açılması məqsədilə ayaqqabı, yataq və yataq tekstili, toxuculuq məmulatları, xalça istehsalı, bal və suyun qablaşdırılması, yumurta qabı istehsalı sahələrində yeni 17 müəssisənin inşası təklif olunur. Həmçinin, neylon torba, plastik paket istehsalı müəssisəsi, habelə 32 soyuducu anbar kompleksi, 40 min ton qarışıq heyvan yemi istehsalı üçün 8 müəssisənin yaradılması təklif edilir. Qeyd edək ki, 2018-ci ilə qədər Quba-Xaçmaz iqtisadi rayonunda 94, 2030-cu ilədək isə 106 müəssisənin açılması nəzərdə tutulub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb
İqtisadiyyat 10:52
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə açıqlanıb
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol