Yeni xidmətin yaradılmasında əsas məqsəd müştərilərə yüksək səviyyədə xidmət göstərməkdir
Azərbaycanda yeni taksi xidməti yaradılır. Nəqliyyat Nazirliyinin təklifilə yaradılacaq bu xidmət növü Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Yeni xidmətin qarşısında duran başlıca vəzifə müştərilərə yüksək səviyyədə xidmət göstərməkdir.
İlkin mərhələdə yeni yaradılacaq taksi xidmətinin balansına 500 ədəd taksi veriləcək. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov hazırda xidmətin binasının tikintisi üzərində işlər aparıldığını bildirib.
"Bakı Taksi Xidməti MMC ilk Avropa oyunlarına qədər fəaliyyətə başlayacaq. MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq danışıqlar aparılır. Xidmət birbaşa dövlətin nəzarətində olacağı üçün həmin taksi sürücülərinə xüsusi kurslar keçirilib. Məqsəd daha peşəkar taksi sürücülərinin yerli əhalinin və turistlərin xidmətində olmasıdır”, - deyə Namiq Həsənov bildirib.
Nazirlikdən verilən məlumata görə, yaxın günlərdə xidmət dövlət qeydiyyatına alınacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !