Azərbaycanda yeni telekanal

13:31 | 08.03.2015
Azərbaycanda yeni telekanal

Azərbaycanda yeni telekanal

Bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq. 

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, telekanalın yayımı "Azerspace-1" peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.

Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq.

Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik - 11135 MHz, sürət - 27500, polyarizasiya - Horizontal, FEC - 5/6
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM