Azərbaycandakı erməni niyə geri qayıtmaq istəmir?

14:57 | 12.03.2014
Azərbaycandakı erməni niyə geri qayıtmaq istəmir?

Azərbaycandakı erməni niyə geri qayıtmaq istəmir?

Beynəlxalq Qızıl Xaç Komitəsi Tovuzda saxlanılan erməni əsirlə görüşmək üçün dialoqu davam etdirir. Bunu ANS PRESS-ə açıqlamasında, Beynəlxalq Qızıl Xaç Komitənin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova deyib. Onun sözlərinə görə, hələ ki, görüş baş tutmayıb: “Bütün dünyada qəbul olunmuş beynəlxalq qaydalara görə, əgər saxlanılan şəxs öz ölkəsinə qayıtmaq istəyirsə, tərəflər də buna razılıq verirlərsə, bu halda Qızıl Xaç Komitəsi vasitəçi olaraq bu əməliyyatda iştirak edə bilər. Komitə hər iki tərəflə danışıqlar aparır. Amma son nəticədə nəyin necə baş verməyini və geri qayıtmaq barədə qərarı saxlanılan şəxs qəbul edir. Bu barədə aparılan danışıqlar dokumental xarekter daşıyır. Kiminsə bunu arzu edib-etməyini biz yalnız aidiyyatlı orqanlara açıqlayırıq. Belə qərarı qəbul edən Beynəlxalq Qızıl Xaç Komitəsi həmin şəxsə baş çəkmək üçün dialoqu davam etdirir".Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. O, hazırda Bakıda dindirilir. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistanan gəlmiş Mamikon Xocayanın qohum olduğu məlum olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM