Azərbaycandan Avropaya qaz nəqli üçün sifarişlərin həcmi açıqlanıb

15:14 | 01.07.2024
Azərbaycandan  Avropaya qaz nəqli üçün sifarişlərin həcmi açıqlanıb

Azərbaycandan Avropaya qaz nəqli üçün sifarişlərin həcmi açıqlanıb

İyulun 1-də Azərbaycan təbii qazının Avropaya nəql olunduğu Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoy məntəqəsindən 366 milyon 835 min 291 kVt/saat həcmində qazın tədarükünə dair sifariş qəbul edilib.  Bu, ötən həftənin bazar ertəsi ilə müqayisədə 0,22% çoxdur. Bu barədə  TAP elektron platforması xəbər verir.  


İyulun 2-dən iyulun 7-dək Yunanıstanın Kipoi məntəqəsindən gündəlik qaz tədarükü üçün sifarişlər 331 milyon 19 min 866 kVt/saat təşkil edəcək ki, bu da iyunun 25-dən 28-dək olan sifarişlərin həcmindən 9,76% azdır. 

Yunanıstanın Komotini məntəqəsindən gündəlik qaz tədarükü üçün iyulun 1-dən iyulun 7-dək sifarişlər ötən həftə olduğu kimi 28 milyon 674 min 418 kVt/saat təşkil edəcək.

İyulun 1-dən iyulun 7-dək Yunanıstanın Nea Mesemvriya məntəqəsindən gündəlik qaz tədarükü üçün sifarişlər 48 milyon 346 min 301 kVt/saat təşkil edəcək ki, bu da ötən həftə ilə müqayisədə 15,58% çoxdur.

İtaliyanın Melenduqnodakı çıxış məntəqəsinə gəlincə, iyulun 1-də 306 milyon 068 min 315 kVt/saat həcmində qaz təchizatı sifarişi daxil olub ki, bu da ötən bazar ertəsi ilə müqayisədə 0,79% azdır.

Bu baxımdan iyulun 2-dən iyulun 7-dək olan dövr ərzində 271 milyon 999 min 147 kilovatsaat həcmində sifariş daxil olub.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb