Azərbaycan Xarici İşlər Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı xəbərə şərh verib.
APA-nın mәlumatına görә, onun "twitter" səhifəsində yazdığı mәlumatda deyilir:
"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.
APA-nın məlumatına görə, bu barədə C.Uorlik öz "Twitter” səhifəsində yazıb.
Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: "Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !