Azərbaycandan yeni nəhəng layihə...

15:40 | 03.07.2014
Azərbaycandan yeni nəhəng layihə...

Azərbaycandan yeni nəhəng layihə...

“Azərkosmos” yer səthinin müşahidəsi üzrə peyki orbitə göndərib

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Fransanın “Airbus Defence & Space” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində “Skott7” yer səthinin müşahidəsi üzrə peyk orbitə çıxarıb.

Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, “Azərkosmos” yer səthinin müşahidə peykinin yaradılması ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb.

“Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalının təmin edilməsi ilə bağlıdır. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir. Fransanın “Airbus Defence & Space” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Azərkosmos” digər layihə üzərində işi sürətləndirib. Bu ilin iyun ayının 30-da “Azərkosmos”la “Airbus Defence & Space” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində “Skott7” yer səthinin müşahidəsi üzrə peyki orbitə çıxarıb”- deyə nazir bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür