Ekspert İran amilinin neftin qiymətinə mənfi təsirləri məsələsinə də toxunub: "Nəzərə almaq lazımdır ki, artıq İran amilinin birjalara neqativ təsirləri müşahidə olunmaqdadır. Çünki, prezidentlər, nazirlər səviyyəsində müxtəlif bəyanatlar səslənir. İran amili netflə zəngin Körfəz dövlətlərində müxtəlif istiqamətlərdə birjalara çox təsir edir. Nəticədə hər gün neftin qiymətində dəyişiklik baş verir.
O qeyd edib ki, Azərbaycanda neftlə bağlı iki tendensiya müşahidə ediləcək: "Birinci ondan ibarətdir ki, neftin qiymətində müəyyən azalmalar baş versə də, nəticədə faciə yaşanmayacaq. Yəni neftin qiymətinin 40-45 dollara düşməsi reallıqdan uzaq olacaq. Nəzərə almaq lazımdır ki, bu il üçün İran öz neftini ən yaxşı halda dekabr ayının 15-dən etibarən bazara çıxara biləcək. Və o dövrədək qiymətlər 55 dollar ətrafında cərəyan edə bilər. Birinci yarım ildə Azərbaycan neftinin qiyməti 59 dollar olub. İkinci yarım ildə də qiymətlər bu civarda olsa, ümumilkdə neftin orta illik qiyməti təqribən 58 dollar ətrafında yuvarlaqlaşa bilər.
Neftin bu qiymətində Mərkəzi Bank sədrinin açıqladığı optimist fikirləri də nəzərə alsaq, manatın yeni devalvasiyası üçün ciddi təhlükə olmayacaq. Əgər neftin qiyməti 50 və aşağı həddə meyl etsə, onda bunun üçün təhlükə yarana bilər”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !