Dünyada ən bahalı ölkə brendi Çini çox böyük məsafədə geridə qoyan ABŞ oldu.
Oxu.Az xəbər verir ki, bu barədə Brand Finance şirkətinin press-relizində bildirilib.
"Amerika” brendinin dəyəri 19,7 trilyon dollar təşkil edir.
Reytinqdə əsas meyar olaraq ölkələrin Ümumi Daxili Məhsul (ÜDM) istehsalı, investisiya cəlbediciliyi, biznes mühiti və ərazisində fəaliyyət göstərən özəl şirkətlərin sayı və s. götürülüb.
Amerika iqtisadiyyatından başqa tədqiqatın müəllifləri ABŞ-ın iştirakçıları "Made in USA” markerli mallar üçün daha artıq pul ödəməyə hazır olan satış bazarını, eləcə də özü-özlüyündə dəyərli brend olan bir çox şirkətlərin - Disney, Apple və Coca-Cola-nın mövcudluğunu vurğulayırlar.
Çin dünyada brendində keçən il ərzində 1% dəyər itirib və indi 6,31 trilyon dollaradır, bir il öncə isə 6,35 trilyon dollar idi. Bu, ölkə iqtisadiyyatının inkişaf tempinin, eləcə də dünyada xammalın qiymətinin azalması ilə əlaqədardır.
Dünyanın ən baha ölkə brendlərinin beşliyinə Almaniya (4,17 trilyon dollar - 4%), Böyük Britaniya (3,01 trilyon dollar) və Yaponiya (2,54 trilyon dollar) daxildir.
Azərbaycan dünya ölkələri arasında 71-ci pilləni tutub. Brand Finance şirkətinin ekspertləri Azərbaycan adını brend kimi 41 milyard dollara qiymətləndiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !