Azərbaycanın almaq istədiyi yeni silah - FOTO

12:21 | 21.03.2016
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO

Azərbaycanın almaq istədiyi yeni silah - FOTO

"MPT-76-ya böyük tələb var”.

Azərbaycan Türkiyənin yeni istehsal etdiyi milli tüfəngi öz arsenalına qata bilər. 

ANN.Az-ın ANS PRESS-ə istinadla verdiyi məlumata görə, söhbət MPT-76 tüfəngindən gedir. 

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən istehsal edilən milli piyada tüfənginə maraq olduqca böyükdür. Silah fabrikinin istehsal rəhbəri  Mehmet Dəmirəl bu barədə açıqlama verib. Onun sözlərinə görə, tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdəndə tələb var. 

Tekirdağda keçirilən sərgidə silahlarını nümayiş etdirən M.Dəmirəl ən böyük marağı yeni MPT-76 ilə snayper olan "Bora 12"nin gördüğünü söyləyib. 

"MPT-76-ya böyük tələb var. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, bizim quruluş fəlsəfəmiz Mustafa Kamal Atatürkün qoyduğu fəsləsəfədir. Öncəliyimiz hər zaman Türkiyə Silahlı Qüvvələridir (TSK). İlk olaraq TSK-nı bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, keçmişdə orduda istifadə edilən G3 tüfəngində ediləcək ən xırda dəyişikliyi belə Almaniyaya xəbər etmək məcburiyyətində olublar. İndi isə öz milli silahlarını istehsal edən ölkəyə çevriliblər. 

MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.

Tüfəngin təsirli atış məsafəsi 600 metrdir.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti