• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub
13.12.2023 17:51
 Azercell GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq üzərində çalışacaq.
 
Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom” MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.

"Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək”, deyə "Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb.

GSMA-nın iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti Azercell də daxil olmaqla dünyanın 60-dan çox sənaye liderini  bir araya gətirib. Proqram iştirakçıları birlikdə mobil sənayeni 2050-ci ilə qədər sıfır karbon emissiyası məqsədinə nail olmağı və bununla da qlobal iqlim böhranının həllində mühüm rol oynamağı hədəfləyir.

Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir.

Qeyd edək ki, GSMA müsbət biznes mühiti və sosial dəyişikliyin əsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqi üçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır.
"Azercell Telekom” MMC iqlim dəyişikliyinin mənfi təsirinin azaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlam gələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərə fəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:28
Sabah bu ərazilərdə qaz olmayacaq
Rəfail Mehdiyev vəzifəsindən azad olunub
Cəmiyyət 22:32
Rəfail Mehdiyev vəzifəsindən azad olunub
“Kaspi kids”də döyülən uşağın atası danışdı - Video
Cəmiyyət 21:36
“Kaspi kids”də döyülən uşağın atası danışdı - Video
Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:14
Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Cəmiyyət 18:30
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Zabratda su kəsiləcək
Cəmiyyət 18:05
Zabratda su kəsiləcək
Simonyan xalqını Azərbaycan məhsullarının erməni bazarlarında görünməsi ilə barışmağa çağırıb
Cəmiyyət 17:48
Simonyan xalqını Azərbaycan məhsullarının erməni bazarlarında görünməsi ilə barışmağa çağırıb
İyunun 3-nə kimi qar uçqunu gözlənilir- Xəbərdarlıq
Cəmiyyət 17:16
İyunun 3-nə kimi qar uçqunu gözlənilir- Xəbərdarlıq
Bir neçə rayonda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanılıb
Cəmiyyət 16:41
Bir neçə rayonda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol