Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb.Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü Abdulla Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























