Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 26-da Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin bəyanatında yer alıb.
Bütün bunların fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur. Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində göstərdiyi ardıcıl səylər, habelə Ermənistanın həmin səyləri sarsıtmağa yönəlmiş təxribatçı fəaliyyəti Konqresin bu bəyannaməsində lazımi səviyyədə tanınmamışdır.
Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik.
Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !