Müğənni İlqar Muradov "Report”a bildirib ki, zaman-zaman "Fayton” restoranının sahibi olması haqqında xəbərlər yayılır: "Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də buna görə "Fayton" restoranın mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm”.
Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov açıqlamasına deyib ki, müğənni "Menar Azərbaycan" Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti ilə qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.
Əməkdar artist Vasif Məhərrəmli oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.
Əməkdar artist Baloğlan Əşrəfov da restoranı olması ilə bağlı xəbəri təkzib edib: "Universiteti bitirib 6 il məktəbdə müəllim işləmişəm və bununla birlikdə müğənni kimi fəaliyyət göstərmişəm. Heç bir biznesim yoxdur. Mənə bir yol göstərən olmayıb ki, vaxt gələr, sənə də əlavə biznes lazım olar. Belə gəlmişəm, belə də gedəcəyəm”.
Müğənni Zamiq Hüseynovun "ZH fashion man” adlı kişi geyim mağazası, eyni zamanda səsyazma studiyası var. Müğənni "Instagram" hesabından adıçəkilən mağazanın fəaliyyətini izlədiyini də görmək mümkündür.
Sevil-Sevinc bacıları da "SS footwear” ayaqqabı mağazasının sahibləridirlər və "Instagram" səhifələrindən də onun fəaliyyətini izləyirlər. Onların həmçinin "SS nails” adlı yeni bizneslərini də yaradacağı xəbərləri yayılıb.
Rəqqasə, aktrisa Oksana Rəsulovanın isə özünə məxsus "OksiMedia production” şirkəti və rəqs məktəbi var.
Emil Bədəlov isə qızının adı ilə bağlı olan "S Group Travel” turizm şirkəti yaradıb.
Rəqqasə Fatimə, müğənnilər Xuraman Şuşalı və Xatirə İslamisə öz bizneslərini xına mərasimlərinin təşkili sahəsində qurublar.
Əməkar artist Röya Ayxan isə bir müddət əvvəl "First Fashion Lab” moda evinin açılışını etdiyini "Instagram" səhifəsindən paylaşmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !