Lerikdə nadir hallarda rast gəlinən təbiət hadisəsi baş verib.
Ölkə.Az-ın məlumatına görə, rayonun Murya kəndində sözün əsl mənasında yaz gəlib. Belə ki, meyvə ağacları payız fəslində çiçək açıb.
55 yaşlı Murya kənd sakini Aydın Manafov deyib ki, bu il kəndlərindəki əksər bağlarda bu hala rast gəlinir:
"Mənim bağımda alma ağacı çiçək açıb. Bir başqasında armud, o birində digər ağac çiçəkləyib. Əvvəl də belə şeylər olub. Amma bu 1-2 ağac olub".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !