Azərbaycanın iki boksçusunun dünya çempionatındakı rəqibləri dəqiqləşib

16:00 | 26.08.2017
Azərbaycanın iki boksçusunun dünya çempionatındakı rəqibləri dəqiqləşib

Azərbaycanın iki boksçusunun dünya çempionatındakı rəqibləri dəqiqləşib

Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla üz-üzə gələcək.

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib.

"Report" xəbər verir ki, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Eslam Muhamedlə (Misir) gücünü yoxlayacaq.

Olimpiya mükafatçısının rəqibinin adı mundialın startı günü məlum olub. 1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz misirli boksçu ilə avqustun 27-də döyüşəcək. 

75 kq çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Hollandiya) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan həmyerlimizlə qarşılaşmaq hüququ qazanıb. K.Şahsuvarlının da ilk döyüşü avqustun 27-də olacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM