Azərbaycanın iki universitetində nöqsanlar tapılıb

14:34 | 26.07.2024
Azərbaycanın iki universitetində nöqsanlar tapılıb

Azərbaycanın iki universitetində nöqsanlar tapılıb

Hesablama Palatası Bakı Dövlət Universiteti və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkarlayıb. Bu barədə Palata məlumat yayıb.

Hesablama Palatasının rəhbəri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən növbəti  kollegiya iclasında "Bakı Dövlət Universitetində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması və istifadəsi, habelə onun fəaliyyətinin auditinin nəticələrinə dair Audit hesabatı” açıqlanıb.
 
Müzakirələrdə universitetin rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak edib.
 
Rektor qeyd edib ki, auditin nəticələri universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək, Palatanın bütün təklif və tövsiyələri nəzərə alınacaq.

Sonra "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair audit hesabatı” müzakirə olunub. 
 
Hesablama Palatası universitetlərinin rəhbərlərinə  aşkar edilən nöqsanları tezliklə aradan qaldırmaq tapşırılıb.
 
Nöqsanların nədən ibarət olması barədə isə Palata məkumat verməyib.
 
N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM