Azərbaycanın işğal altındakı 108 kv. kilometr ərazisi QAYTARILA BİLƏR

Ermənistanın Vatikandakı keçmiş səfiri, hazırda İtaliyada yaşayan Mikael Minasyan ötən gün baş nazir əvəzi Nikol Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirdi. O, imzalnaması planlaşdırılan sənədin surətini yayımlamaqla inromafiya bombası partlatdı. Baş naziri satqınlıqda ittiham edən Minasyan müqavilə ilə Qazaxın işğal altındakı 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını iddia edib.
Təbii ki, sənədin surətinin yayımlanması erməni ictimaiyyəti tərəfindən xoş qarşılanmayıb. Nazirlər Kabinetinin binası qarşısına toplaşan radikallar razılaşmanın heç bir halda imzalanmamasını tələb ediblər.
Bəs "torpaq güzəşti” deyildikdə nəzərdə tutulan kəndlər hansılardır? Qarabağdan kənarda yerləşn bu ərazilər necə oldu ki, erməni tapdağı altına düşdü?
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalıb. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən, Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alınıb. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalır. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaradır.
Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olan Bağanis kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər 19 əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Toponim "Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir.
Xeyrimli - Gəncə-Qazax düzənliyində yerləşir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim deli xeyrimli tayfasının adından götürülüb.
Barxudarlı – dağətəyi ərazidədir. Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar - "arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib.
Sofulu – yaşayış məntəqəsinin adı əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.
Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskipara adlanır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılır. Azərbaycan dilindəki "əski” (köhnə, qədim) və "para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, "köhnə, qədim kənd” mənasındadır.
Qızıl Hacılı - yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb.
Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki "əski” (köhnə, qədim) və "para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, "köhnə, qədim kənd” mənasını daşıyır. Naxçıvanın isə bir kəndi 31 ildir ki, işğaldadır.
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri sayılır. 1990-cu ilin Yanvarında ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib.
Qazaxın 7 kəndinin sahəsi 89,8 kvadrat kilometr, Naxçıvanın Kərki kəndinin sahəsi isə 19 kvadrat kilometr təşkil edir.
Beləliklə, sərhədlərin demarkasiyası və delimitasiyası barədə müqavilə imzalanarsa, Azərbaycan toplam 108,8 kvadrat kilometr ərazisinə nəzarəti yenidən qaytarmış olacaq.
Politoloq Tofiq Abbasov da Modern.az-a danışaraq işğal altındakı kəndlərin qaytarılması perpsektivinə toxunub. Onun sözlərinə görə, müharibədə qalib tərəf həmişə şərtləri təyin edir:
"Bizə lazımdır ki, Ermənistan səhv siyasətindən əl çəksin. Bunu etsə, özü udacaq, etməsə biz onların cavabını verəcəyik. Üç tərəf artıq danışıb, razılığa gəlib. Paşinyada bununla da demək olar, öz qələbəsini əldə edə bilər. Azərbaycan qarşısında öz öhdəliklərini yerinə yetirəcək”.
Bəyanatda əsas məsələ isə Azərbaycanın maraqlarının təmini olacaq. Hazırda Azərbaycanın istədikləri dəhlizin açılması, Qazaxın 7, Naxçıvanın 1 kəndi geri qaytarılması və Qarabağdakı ermənilərin tam tərk-silah olunaraq, Ermənistandan Azərbaycan torpaqlarına "hərbi xidmətə” kimsə göndərilməməsidir. Paşinyan özü də çıxışında bu məsələlərin həllinin olacağını bildirir. Sadəcə Azərbaycan bu prosesi tələsdirmir. İndi biz başa düşürük ki, Paşinyanın vəziyyəti ölkəsində ağırdır və humanitar məsələlərin həllində ləngiyir. Amma onlarda bilirlər ki, həmin yeddi kəndin erməni sakinləri ölkələrinə qaçqın kimi qayıdacaq. Paşinyanın da indi elə bir gücü yoxdur ki, əhalinin maraqlarını təmin etsin. Ancaq artıq biz deyə bilərik ki, bu məsələ öz həllini tapıb, onun reallaşmasına isə bir az qalıb”,- deyə o bildirib. (modern.az)
www.anews.az
Təbii ki, sənədin surətinin yayımlanması erməni ictimaiyyəti tərəfindən xoş qarşılanmayıb. Nazirlər Kabinetinin binası qarşısına toplaşan radikallar razılaşmanın heç bir halda imzalanmamasını tələb ediblər.
Bəs "torpaq güzəşti” deyildikdə nəzərdə tutulan kəndlər hansılardır? Qarabağdan kənarda yerləşn bu ərazilər necə oldu ki, erməni tapdağı altına düşdü?
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalıb. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən, Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alınıb. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalır. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaradır.
Həmin kəndlər bunlardır: Bağanis Ayrım - Coğaz çayının sahilində yerləşir.

Oxşar xəbərlər
Oxşar xəbərlər