Azərbaycanın Naziri Damladan danışdı-“3 aydır…”

20:22 | 31.08.2018
Azərbaycanın Naziri Damladan danışdı-“3 aydır…”

Azərbaycanın Naziri Damladan danışdı-“3 aydır…”

Eks-maliyyə naziri Əvəz Ələkbərov modern.az-amüsahibə verib.
Anews.az xəbər verir ki, mühüm məsələlərdən danışan Ə.Ələkbərov sonda jurnalistin "Cavan müğənnilərin ünvanına mətbuatda iradlar səslənir. Sizin ona münasibətiniz?” sualına belə cavab verib:
"Əlbəttə, cəmiyyətimizdə tənqid də olmalıdır. Musiqi, sənət, profesionallıq bir yerdə dayanmamalıdır. O da daim inkişaf etməlidir. Məsələn, təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm.
Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsiyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin. Mən onun böyük gələcəyini görürəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM