Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sesssiyasının "Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.
Zirvə BMT-nin Baş katibi Antoniu Quterriş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın (Philemon Yang) sədrliyi ilə baş tutub.
Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzusudur.
Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !