• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

Azərbaycanın qiymətli kağızlar bazarı 8 % kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 8 % kiçilib
25.01.2023 21:30
2022-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı  xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,8 % azdır.

İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda (0,5 % az), 7 milyard 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (15 %az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 11 018 əqd bağlanılıb. Bu, illik müqayisədə 12,3 % azdır. Əqdlərin 2 156-sı ilkin bazarın (20,2 %az), 8 862-si isə təkrar bazarın (10,2 % az) payına düşüb.

Yanvar-dekabrda Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8milyard 312,8 milyon manatlıq hissəsi və yaxud 53,4 %-i dövlət qiymətli kağızlarının, 2 189,7milyon manatlıq hissəsi və yaxud 14,1 %-i korporativ qiymətli kağızların, 5 milyard 060,5milyon manatlıq hissəsi və yaxud 32,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 14,1% çox, 8,6 % və 29,7 % azdır.

Ötən il ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 506-sı və yaxud 22,7 %-i dövlət qiymətli kağızlarının, 4 400-ü və yaxud 39,9 %-i korporativ qiymətli kağızların, 4 112-si və yaxud 37,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 13,6 %çox, 27,6 % və 4 % azdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı artıb
İqtisadiyyat 16:33
Qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı artıb
Ölkədə dövlət işçilərinin sayı azalıb
İqtisadiyyat 16:07
Ölkədə dövlət işçilərinin sayı azalıb
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı artıb
İqtisadiyyat 15:34
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı artıb
7 ayda içki və tütün məhsullarına xərclənən vəsait açıqlanıb
İqtisadiyyat 14:52
7 ayda içki və tütün məhsullarına xərclənən vəsait açıqlanıb
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb
İqtisadiyyat 13:34
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
İqtisadiyyat 13:26
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
İqtisadiyyat 13:20
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4% artıb
İqtisadiyyat 12:40
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4% artıb
Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb
İqtisadiyyat 12:36
Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol