• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Azərbaycanın radarda görünməyən hərbi təyyarəsi

Azərbaycanın radarda görünməyən hərbi təyyarəsi
10.12.2019 08:04
Bir sıra avtomobil modellərinin dizaynını hazırlayan gənc dizayner Ramil Nəcəfov Azərbaycan hərbi aviasiyası üçün yeni bombardmançı qırıcı təyyarə üzərində işi yekunlaşdırıb. "BMV” və "AZERANT” adlı avtomobil dizaynlarından sonra R.Nəcəfov "Xəz-747” bombardmançı qırıcı təyyarənin layihəsini də başa çatdırıb, bu barədə ilk dəfə AZƏRTAC-a məlumat verən gənc dizayner deyib: "Xəz” sözü Xəzər dənizinin adından götürülüb.
 
Qırıcı təyyarənin dizaynı "3D MAX” proqramında yığılıb. Layihəyə əsasən, təyyarə birpilotlu və ikimühərriklidir. Üç yanacaq çəninə malikdir və azot yanacağı ilə reaktiv sürət yığa bilər. Havada maksimal sürəti saatda 2500 kilometrə çatır. Qanadların alt hissəsində 30 millimetrlik top, reaktiv lazer radara malik 6 raket daşıya bilər. Əlavə olaraq, 8 nüvə bombası da götürmək iqtidarındadır. Həmçinin "RG4” bombası da yerləşdirmək mümkündür. Raketlər 12 kilometrədək uzaqlıqda düşmən hədəflərini vura bilər. Qanadlarda xüsusi qoruyucu pərdə də mövcuddur ki, bu da mühərrikə hər hansı təhlükənin qarşısını alır”.


Gənc mütəxəssis deyir ki, "Xəz-747”nin pilotu 15 kilometr yüksəklikdə oksigen balonu olmadan da nəfəs ala bilər. Təyyarə xüsusi sistem sayəsində radara görünmür. Bu təyyarə 30 kilometrdən düşmən hədəflərini obyektlərin peyk radar naviqasiyası sayəsində müəyyənləşdirə bilir.


"Yeni layihəmi Azərbaycan Ordusunun aprel zəfərinə həsr edirəm. Ümid edirəm ki, "Xəz-747” qırıcısı Azərbaycan hərbi aviasiyasının tarixinə bir yenilik gətirər. İstəyirəm ki, bu təyyarə gələcəkdə Azərbaycanın hərbi aviasiya sahəsində iz salsın, "Xəz-747” düşmənlə döyüşdə öz sözünü desin”, - deyə R.Nəcəfov vurğulayıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol