Avqustun 19-da Bakıda Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya liderləri üçün "Moskva axşamları” (ən məşhur sovet mahnılarından biri, 1956-cı ildə bəstəkar Vasili Solovyov-Sedi tərəfindən sözləri Mixail Matusovskinin yazdığı) kompozisiyasını ifa edib.
"Mən adətən müəllifi olduğum mahnıları oxuyuram. Amma bu gün bu mötəbər tədbirdə oxumaq mənə böyük şərəf gətirdiyindən Vasili Pavloviç Solovyov Sedovun "Moskva axşamları" mahnısını ifa edəcəm. Mən elə yaşdayam ki, hər bir ifa mənim üçün imkandır. Bu mahnı əslində "leningrad axşamları" adlanırdı. Amma sonra adı Moskvada böyük tədbir olduğundan müəllifi mahnının adını dəyişmək üçün dilə gətiriblər", - Azərbaycanın Rusiyadakı səfiri bildirib.
Daha sonra səfir müəllifi olduğu "Mənim şəhərim Bakı" mahnısını ifa edib.
Bakı İlham Əliyev və Mehriban xanımın əməyi hesabına dünyanın ən gözəl şəhərinə çevrilib. Bu mahnını ilk dəfə Müslüm Maqomayev ifa edib", - səfir əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !