Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ölkəmizin tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib", - Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında çıxışı zamanı qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !