Azərbaycanın xaricdən aldığı buğda ucuzlaşıb

10:18 | 25.06.2024
Azərbaycanın xaricdən aldığı buğda ucuzlaşıb

Azərbaycanın xaricdən aldığı buğda ucuzlaşıb

2024-cü ilin yanvar-mayında Azərbaycan xaricdən  72 milyon 676 min dollar dəyərində 328 min 543 ton buğda idxal edib. Bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 121 min 610 ton və ya 27% azalıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 134 milyon 940 min dollar dəyərində 450 min 153 ton buğda idxal olunub.

1 kq buğdanın  orta idxal qiyməti 2024-cü ilin beş ayında 0,38 manata başa gəlib ki, bu da illik müqayisədə 0,13 manat (26,2%) ucuzlaşma deməkdir.

Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM