Azərbaycanlı iş adamı vəsiyyətini açıqladı - Şirkəti varislərinə vermədi

15:07 | 16.01.2015
Azərbaycanlı iş adamı vəsiyyətini açıqladı - Şirkəti varislərinə vermədi

Azərbaycanlı iş adamı vəsiyyətini açıqladı - Şirkəti varislərinə vermədi

"Lukoyl”un prezidenti Vahid Ələkbərov neft şirkətində ona aid olan səhmləri ilə bağlı vəsiyyətini elan edib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Ələkbərov neft şirkətindəki səhmlərini xüsusi xeyriyyə fonduna ötürəcəyini, varislərinin isə ondan birbaşa istifadə edə bilməyəcəyini açıqlayıb.

Onun fikrincə, bu addım Lukoyl-un direktorlar şurası və səhmlərin vəsiyyət ediləcəyi xeyriyyə fondu üçün yaxşı siqnaldır:

"Bu gün dünya ictimaiyyəti nəinki mənim həyatda olduğum müddətdə, hətta məndən sonra da şirkətin stabilliyinin təmin ediləcəyi üçün bu addımı yaxşı qarşıladı”. Daha sonra azərbaycanlı iş adamı əlavə edib ki, onun ailə üzvləri benefisiarlar olaraq qalacaqlar, lakin məhdud həcmdə.

Qeyd edək ki, hələ 2013-cü ilin sentyabrında Ələkbərov bildirmişdi ki, onun varisləri uzun zaman ərzində "Lukoyl”un səhmlərini sata bilməyəcklər. Ələkərovun sözlərinə görə, öz vəsiyyətində də qeyd edib ki, şirkətdəki səhmlərini idarə etmək üçün fond yaradılacaq və varislər uzun müddət ona yaxın dura bilməyəcəklər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM