Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi

09:40 | 28.01.2015
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi

Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi

Ukrayna təhlükəsizlik xidmətinin "Lukoyl” barəsində açdığı cinayət işinə sonuncudan cavab gəlib.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, şirkətin rəsmi saytında cinayət işinin açılmasının heç bir əsası olmadığı bildirilib və şirkətə qarşı qaldırılan iddialar cəfəngiyat adlandırılıb:

"Lukoyl” şirkəti bütün variantların hərtərəfli və obyektiv araşdırılmasında maraqlıdır. "Lukoyl” şirkəti olaraq qanunlar çərçivəsində ictimai nüfuzuna xələl gətirən hər hansı bir məlumata görə müdafiə olunmağa hazırıq. Biz hüquq mühafizə orqanları ilə fəal əməkdaşlığa və Ukrayna ərazisində fəaliyyətimizlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinə informasiya verməyə hazırıq".

Xatırladaq ki, Ukrayna təhlükəsizlik xidməti "Lukoyl” və "Vetek” şirkətlərinə çirkli pulun yuyulması və terrorçuların maliyyələşdirilməsi ittihamları ilə cinayət işi açıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM