Moody`s” beynəlxalq reytinq agentliyi Rusiyanın 14 şirkətinin reytinqini Ba1 səviyyəsinə endirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rbc.ru” saytı yayıb.
Reytinqi endirilən şirkətlər sırasında "Qazprom”, "Qazprom-neft”, "Novatek”, MTC, "Meqafon”, "Uralkaliya” və azərbaycanlı milyarder Vahid Ələkbərovun başçılıq etdiyi "Lukoyl” da var.
Qeyd edək ki, agentlik fevralın 21-də Rusiyanın kredit reytinqini Baa3-dən Ba1-ə endirmişdi. Bundan bir neçə gün sonra Rusiyanın ən böyük bankları olan "Sberbank”, VTB və "Qazprombank”ın reytinqini aşağı salmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !