Azərbaycanlı “qanuni oğru” saxlanıldı

12:05 | 15.11.2013
Azərbaycanlı “qanuni oğru” saxlanıldı

Azərbaycanlı “qanuni oğru” saxlanıldı

Moskva hüquq-mühafizə orqanları kriminal aləmlə əlaqəsi olan azərbaycanlı iş adamını saxlayıb. 

“Qafqazinfo” Ria-Novosti saytına istinadən xəbər verir ki, sahibkarın iş kabinetində aparılan axtarış zamanı polislər onun seyfindən “Kalaşnikov” avtomatı və patronlar aşkar ediblər. Bundan başqa, ona məxsus kreslodan 60 qram heroin tapıblar. 

Mebel fabrikinin sahibi olan 41 yaşlı azərbaycanlının “Ded Xasan”nın klanının üzvlərindən olduğu bildirilir. O həmçinin “Onik” və “Valera Tbilisskiy” ləqəbi ilə tanınan “qanuni oğrular”la qohumdur. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM