Azərbaycanla Qətər arasında dəniz nəqliyyatı qurula bilər - Qətər rəsmisi

12:27 | 26.09.2024
Azərbaycanla Qətər arasında dəniz nəqliyyatı qurula bilər - Qətər rəsmisi

Azərbaycanla Qətər arasında dəniz nəqliyyatı qurula bilər - Qətər rəsmisi

Azərbaycan və Qətər arasında dəniz nəqliyyatının qurulması bu sahənin inkişafına töhfə verə bilər. Bunu Qətər Yük və Logistika Assosiasiyasının (FIATA) Assosiasiyasının üzvü Ali Mesned Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda panel müzakirəsi zamanı deyib.

"Azərbaycanla ticarət mübadiləsi artır. Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, iki ölkə qarşılıqlı əlaqə qursun. Bu sahədə qanunları təkmiləşdirə bilərlər. KƏŞ ölkələri üçün Azərbaycan bazarı çox mühümdür. Qətərin coğrafi mövqeyi strategidir. Bu mövqeyə KƏŞ digər ölkələri malikdir. Qətərin beynəxalq aeroportunda bütün imkanlara qurulub. Azad iqtisadi zonalar, azad bazar imkanları var. Sahibkarları bu imkanalardan istifadəyə dəvət edirəm. Hər iki ölkənin dəniz sahilində olması bu sahənin inkişafı üçün imkanlar yaradır",- Qətər nümayəndəsi bildirib.

Ali Mesned söyləyib ki, Qətərdə dəmir yolu xəttləri daxilidir və gələcəkdə bu məsələni də müzakirə etməyə ehtiyac var.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM