Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi artıb

12:50 | 07.01.2024
Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin on bir ayında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 311.8 milyon dollar artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
2022-ci ilin ilin yanvar-noyabrında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Türkmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.

Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.
 
2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb. Bu sənədlə Azərbaycana İran vasitəsilə ildə 1.5-2 milyard kubmetrədək Türkmənistan qazının nəqli nəzərdə tutulub.

Bakıda 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub.

2022-ci ildə Türkmənistan SWOP sazişi çərçivəsində Azərbaycana ümumi dəyəri 110,8 milyon ABŞ dolları olan 858 milyon kubmetr təbii qaz ixrac edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM