"ATV” kanalında yayımlanan "Ögey ana” filmində Cəmilə obrazını canlandıran Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın qolu sınıb.
Anews.az-ın Yeniçag.az-a istinadla məlumatına görə, təcili xəstəxanaya aparılan S.Məmmədovanın qolu gipsə salınıb.
"Qolum evdə sınıb. Amma "Ögey ana” filminin ssenarisində də yıxılmaq səhnəsi vardı. Elə oldu ki, üst-üstə düşdü. Sümük hələ bitişməyib. Gördüyünüz kimi, qolum gipsdədir”, - deyə o bildirib.
Qeyd edək ki, ssenariyə görə, nənəsi Cəmiləni itələyir, o da pilləkənlərdən yıxılır. Sözügedən səhnəni oynayan zaman isə aktrisanın qolunda heç bir sarğı olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !