Qaynarinfo sport7.az-a istinadən xəbər verir ki, matç zamanı insident yaşanıb.
Maltada keçirilən görüşə yollanan "Milli dəstə" fan qrupunun üzvləri yerli polis tərəfindən saxlanılıb.
Buna səbəb isə tərəfdarların fayer yandırması olub.
Məsələ ilə bağlı Haqqın.az-a danışan dəstənin liderlərindən biri olan Şamil Mustafayev onu və Vüsal Əhmədovun matçdan sonra saxlanıldığını deyib. Onları saxlayan alan polislər səhər 09:00 məhkəmə olacağı və 500-600 avro cərimə, ilyarımlıq oyunlarda iştirak cəzası gözlədiyini bildirib.
Lakin məsələyə AFFA rəsmiləri qarışıb və UEFA ilə Malta Futbol Federasiyasına müraciət ediblər. Malta Futbol Federasiyası kömək etməkdən imtina etsə də, UEFA-nın köməkliyi ilə tərəfdarlar sərbəst buraxılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !