APA-nın məlumatına görə, hadisə noyabrın 22-də günorta saatlarında baş verib.
Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.
Korolyovda yaşayan azərbaycanlılar bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi "haqq” tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !