Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə musiqi rəhbəri oldu

18:16 | 06.12.2016
Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə musiqi rəhbəri oldu

Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə musiqi rəhbəri oldu

Noyabrın 29-dan dekabrın 6-dək Moskvada gənc musiqi ifaçılarının beynəlxalq televiziya müsabiqəsi – "Şelkunçik” keçirilib. Müsabiqə Rusiyanın "Mədəniyyət” kanalının ən möhtəşəm layihələrindən biridir.
 
Rusiyanın nüfuzlu Çaykovski adına konsert zalında Moskva Dövlət Akademik Filarmonik Orkestrinin iştirakı ilə keçirilən müsabiqənin musiqi proqramının rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.

Çoxmilyonlu televiziya auditoriyasının izlədiyi müsabiqənin açılış və bağlanış mərasimində münsiflər heyətinin üzvləri və finalçılar dirijor Əyyub Quliyevin rəhbərliyi altında Moskva Akademik Filarmonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Qeyd edək ki, müsabiqə 2000-ci ildə Rusiyanın "Mədəniyyət” kanalı tərəfindən təsis edilib və ölkədə nümayiş olunan akademik musiqi sahəsində keçirilən yeganə gənc ifaçıların televiziya müsabiqəsidir. 2016-cı ilin aprelin 25-də "Şelkunçik” Avropa Musiqi Müsabiqələri Assosiasiyaları Birliyinə üzv qəbul olunub.
 
Ənənəyə uyğun olaraq müsabiqə qalibləri görkəmli rus rəssamı Mixail Şemyakinin hazırladığı qızıl, gümüş və bürünc "Şelkunçik” heykəlləri ilə təltif olunurlar. Evelin Qlenni, Vladimir Spivakov, İrina Nikitina-Xelfliger, Markus Xinterxoyzer, Aleksey Şalaşov, Denis Matsuev, Yuriy Başmet kimi görkəmli musiqiçilər 2015-ci ildə müsabiqənin təşkilat komitəsinə üzv seçiliblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM